3 milyonluq nişan üzüyünü qaytarmaq istəmir

Bir neçə gün əvvəl müğənni Cennifer Lopezlə nişanlısı Aleks Rodriqezin 4 illik eşq münasibətlərinə son qoyaraq ayrılması dünya mediasının gündəmini zəbt edib.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, Cennifer Aleksin ona evlənmə təklifi etdiyi 15 əyyar brilyant üzüyü geri qaytarmayacaq.

Lopezin 1 milyon 800 min dollar (3 milyon 60 min manat) dəyərindəki bahalı ziynət əşyasını Amerikadakı evində mühafizə altında saxlatdıığı deyilir. Sənətçinin özü isə hazırda Dominikan Respublikasında film çəkilişlərində iştirak edir.

 

 

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya səfirliyinin əməkdaşları "Neftçi"nin oyununda

SONRAKI XƏBƏR

"Qızımın yanında döydü, küçədə sürüdü, videoları da qardaşıma göndərdi" - Bakıda qadın şantaj olunub TƏFƏRRÜAT