Onların gizli sevgisi başlamadan bitdi

Bir müddət əvvəl aktrisa Melisa Döngel fenomen Şeyma Subaşının keçmiş sevgilisi Quido Senia ilə eşq yaşamağa başlayıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, cütlük gözlərdən uzaq eşq yaşayaraq bunu hamıdan gizlədib. Onlar Antalyada bir araya gələrək istirahət ediblər.

Cütlük bir neçə gün birlikdə vaxt keçirdikdən sonra isə ayrılıq qərarı alıb. Quido Meksikaya qayıdıb. Melisa isə Alaçatıya gələrək istirahətinə yalnız davam edib.

Qeyd edək ki, aktrisa Melisa Döngel hazırda “Sen çal kapımı” serialında çəkilir.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib – FOTO

SONRAKI XƏBƏR

Çeçenlərlə kürdlər arasında atışma olub