"Ölüm ağlıma gəldikcə..."

“Ölüm ağlıma gəldikcə əsəbi və kinli olduğum hər kəsi bağışlamaq istəyirəm. Artıq haqlı olduğum mövzular məni maraqlandırmır. Hamını bağışlayıram”.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, bu sözləri aparıcı Seren Serengil sosial şəbəkə hesabında yazıb.

Uzun müddətdir dumping sindromu (mədədə yeməyin qalamaması) xəstəliyindən əziyyət çəkən Seren paylaşımına bunları da əlavə edib:

”Heç vaxt ölməsəydim, onda məni incidən insanlardan haqqımı tələb edərdim. Hazırda isə mənim sadəcə xoşbəxt olmağa ehtiyacım var. Çətin olsa da hər kəsi bağışladığımı bildirmək istəyirəm”.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da növbəti atışma, ölənlər var

SONRAKI XƏBƏR

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi