Ebru Gündeşin ərinin Hadisə ilə xəyanətini bu falçı üzə çıxarıb

Ebru Gündeşin ərinin Hadisə ilə xəyanətini bu falçı üzə çıxarıb

Türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanmanın səbəbi Zərrabın müğənniyə xəyanət etməsi olub.

Unikal.org xəbər verir ki, iş adamının Ebru Gündeşə müğənni Hadisə ilə xəyanət etməsi iddia edilib. İddiaya görə, bu barədə E.Gündeşə mütəmadi müraciət etdiyi falçı deyib. Bu gün həmin falçının kimliyi bəlli olub.

"Dünyanın Oyanışı" kitabının müəllifi Şengül Boybaş olduğu bildirilib. "Şuşu" ləqəbli Şengül Boybaşın sadəcə iş adamlarının, məşhurlar və siyasətçilərin falına baxdığı deyilir.

Onun yeni müştəri qəbul etmədiyi və nə deyirsə doğru olduğu önə sürülüb. Hətta dünyaca məşhur model Adriana Lima da, Şengül Boybaşı görmək üçün bir günlüyünə İstanbula gelmişdi.

Qeyd edək ki, "Dünyanın Oyanışı" kitabının əsasında "Atiye" serialı çəkilib.

Mənbə: www.unikal.org