Rzanın Ebruya Hadisə ilə xəyanət etdiyi iddia olunur

Rzanın Ebruya Hadisə ilə xəyanət etdiyi iddia olunur

Müğənni Ebru Gündeşin 11 illik həyat yoldaşı Rza Zərrabın ona xəyanət etdiyi xanımlardan birinin yaxın rəfiqəsi, müğənni Hadisə olduğu iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, Hadisə bununla bağlı sosial media hesabında açıqlama verib:

“Günə haqqımda inanılmaz böhtanlarla başladım. Bu günə qədər qarşılaşdığım bütün təhqirlərə, tənqidlərə, böhtanlara səbr və şəfqətlə yanaşmağa çalışdım, amma o qədər də yox! Heç kim mənim namusuma, şərəfimə ləkə gətirə bilməz. Bütün hüquqi yollara müraciət edəcəm”.

Hadisənin təxminən bir ildir eşq yaşadığı aktyor Kaan Yıldırım da sevgilisinin açıqlamasını sosial media hesabında paylaşaraq ona dəstək olub.

KİV-in növbəti iddiasına əsasən, bir falçı Hadisə ilə Rza Zərrab arasındakı münasibəti ortaya çıxarıb. Belə ki, illərdir ailənin falına baxan qadın Hadisəni Zərrabın Mayamidəki evində görüb və İstanbula qayıdan kimi bu barədə Gündeşə danışıb.

Xatırladaq ki, bir neçə gün öncə Ebru Gündeşin xəyanətə məruz qaldığına görə həbsdə olan iş adamı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumat yayılıb.

Mənbə: qafqazinfo.az