"Aygün Kazımovanı İlhamə Quliyeva öyrətmişdi"

Əməkdar artist Elza Seyidcahan illər əvvəl Xalq artisti Aygün Kazımova ilə açılışlardan birində yaşanan qalmaqaldan bəhs edib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Dəyişən cavab" proqramında danışıb. O, illərdir dillərdən düşməyən "Mənə tortu Allah versin" sözünə aydınlıq gətirib:

"Onu İlhamə Quliyeva öyrətmişdi. Demişdi ki, Elzaya tort vermə. Diqqətçil, ayıq insanam. Arzu edirəm ki, mənə tort verməyən, övlad toyunda tort kəssin, hamıya paylasın. Şükür, balalarımın toyunda, nəvələrimin ad günündə tort kəsmişəm. Ona da bunu diləyirəm. Mənə haqsızlıq edənləri bağışlayıram, unuduram. Tapançanı başıma dirəsəydilər mən elə etməzdim. Sən nə qədər acizsən ki... Nədən qorxursan? O hərəkəti heç vaxt etməzdim. Cavab verdim ki, "Tortu mənə Allah versin". İndi məzəyə çeviriblər. Məzə deyildi, başa düşən üçün cavab idi. Allahdan arzu edirəm ki, mənə gətirilən o tortlardan mənə qarşı haqsız olan, sevməyən insanlara versin".

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Superliqaya qatılacaq klubun baş məşqçisi: “Bu turnir baş tutmamalıdır”

SONRAKI XƏBƏR

İlham Əliyev fərman imzaladı: Yeni agentlik yaradılır