Qurd məşhur mahnıları belə dəyişdi - Foto+Video

Qurd məşhur mahnıları belə dəyişdi  - Foto+Video

Qurd ləqəbli tanınmış reper Fərid Eminov sosial platformalarda «Old & Gold» (Köhnə & Qızıl) adlı albomunu təqdim edib.

Axşam.az xəbər verir ki, albomda məşhur Azərbaycan mahnıları yeni versiyada hazırlanıb. Alboma 3 mahnı daxildir.

Qeyd edək ki, layihənin müəllifi Kamal Qara Basma, albomun foto-dizayn müəllifi isə fotoqraf Həsənzadədir. Tezliklə bu mahnıların klipləri işıq üzü görəcək.

Mənbə: axsam.az