"Peyvənd olundum, başqa yol yoxdur"

"Peyvənd olundum, başqa yol yoxdur"

Xalq artisti Miri Yusif koronavirus əleyhinə peyvənd etdirib.

Axşam.az xəbər verir ki, müğənni bunla bağlı fotosunu İnstaqram hesabında yayımlayıb.

"Peyvənd olundum, başqa yol yoxdur. Peşəkar həkimlərimizə dərin minnətdarlığımı bildirirəm. Hamını vaksin vurdurmağa çağırıram. Allah bizi qorusun, konsertlərdə görüşək" deyə, ifaçı bildirib.

Mənbə: axsam.az