Müğənnilərə səsləndi: "Heç olmasa indi bir-birinizi alçaltmayın"

"Sənət adamları belə bir gündə bir-birini vurub, yıxmasınlar. Lazım deyil, kim hardadı, kim hardan getdi. Onsuz o zamanda da, indi də kim necə istəyib edib. Şəxsi işidir. Bir-birinin xətrinə dəymək olmaz. Heç kimi qınamasınlar, sınamasınlar. Qiymət məsələsi danışırlar. Amma bir-birinizi alçaltmayın. Onsuz da səhv edən insan səhvini edir. Gündə nə qədər səhv edirik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Müğənni son günlər Rusiyaya toylara gedən sənət adamlarımız haqqında deyilən tənqidi sözlərə cavab verib.

"Moskvaya toylara getmirəm. Mən ora toya gedəndə, hələ heç kim oranı tanımırdı. Məni də çox dəvət edirlər. Vəziyyət düzələr, konsertə də, toya da gedərəm" deyə, sənətçi əlavə edib.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana kakao idxalı 17%-dək artıb

SONRAKI XƏBƏR

Aleksander Çeferin "Yuventus"un prezidentini ilana bənzətdi