Tacikistan Prezidenti Manijaya dəstək oldu

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il Rusiyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən Manijaya dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısı dünən Soqd bölgəsinə səfəri zamanı Rusiyada qalmaqala səbəb olan “Russian woman” mahnısı və tənqidlərə məruz qalan sənətçini tərifləyib.

O, əslən tacik olan Manijanın gözəl bir səsə sahib olduğunu qeyd edib:

“Manija çoxlarını təəccübləndirdi. Bir çoxu tacik qadının Rusiyadan “Avroviziya”ya gedəcəyini qəbul edə bilmədi. Tacik olduğunu gizlətmədiyinə və milliyətini qürurla elan etdiyinə görə onu təbrik edin”.

Qeyd edək ki, “Russian woman” adlanan mahnı Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb və hətta bir sıra şəxs bəstənin ləğv olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Rusiya İstintaq Komitəsi şikayət daxil olduqdan sonra mahnı barədə istintaq başladıb.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İran və Səudiyyə arasında görüş təsdiqləndi

SONRAKI XƏBƏR

Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var