Afəti dəvət edən yoxdur? - "...Moskvaya qaça-qaça gedərdim”

Afəti dəvət edən yoxdur? - "...Moskvaya qaça-qaça gedərdim”

Müğənni Afət Fərmanqızı “6/8” verlişində qonaq olarkən toy üçün Rusiyaya yola düşən həmkarlarından danışıb.

“Sherg.az” xəbər verir ki, müğənni qonşu ölkədən ona da dəvətlərin gəldiyini söyləyib:

“Əvvəlkindən bir qədər də artıq qiymət deyirəm. Çünki qabaqlar burdan Moskvaya getmək, Tovuza getməkdən daha asan idi. Amma indi Türkiyəyə uçmalısan, sonra Rusiyaya yola düşməlisən, 3 gün vaxt aparır. Çox əziyyət çəkirəm. Bu üzdən ödənişi artırdım. Onlar da qayıdır ki, axı orada toy yoxdur. Azərbaycandan gələn müğənnilər də aşağı qiymətə oxuyurlar. Məsələn, 3000-ə gedən 1000-lə razılaşır, yaxud da normal vaxtlarda 2000-ə oxuyan 500-ə "hə" deyir. Mən də söyləyirəm ki, onda həmin müğənniləri çağırın. Belə də ki ehtiyacım yoxdur. Bəlkə də ehtiyacım olsa, qaça-qaça gedərdim”.

Mənbə: sherg.az