Xumar iddialı danışdı:“Kimsə məni unuda bilməz!” – Kimə “söz atır”?

Xumar iddialı danışdı:“Kimsə məni unuda bilməz!” – Kimə “söz atır”?

Müğənni-bəstəkar Xumar Qədimova uzun müddət sonra ekranlara qayıdıb. O “Heç vaxt heç yerdə” verlişində qonaq olub və həm həyatı, həm də sənəti ilə bağlı danışıb.

“Sherg.az” xəbər verir ki, sənətkar etdiyi fədakarlıqları özünə bağışlamadığını söyləyib:

“Doğmalarıma, dostlarıma etdiyim fədakarlıqları özümə bağışlaya bilmirəm.

O illərə heyif deyirəm, həmin ömrü yaşanmamış hesab edirəm. Yaddaşımdan da silə bilmirəm. Əgər təəssüflənirəmsə, deməli məni narahat edir.

Həyatımdan çox gec sildiyim insanlar olur. Ümumiyyətlə insanları- dost, yar fərq etməz ürəkdən, içdən sevirəm. Atanda isə sanki elə bir adam yoxmuş kimi davranıram. Bir də mən unuduram. Kimsə məni unuda bilməz!”

Mənbə: sherg.az