Prodüser Təranə yenə Musanı "topa tutdu": "O getsin...!"

Prodüser Təranə Səmədova "Azad Azərbaycan" telekanalının “7 canlı” verlişində qonaq olub.

Bu zaman aparıcı ona şou əhlindən bir neçə nəfərin fotosunu göstərərək suallar ünvanlayıb.

“Sherg.az” xəbər verir ki, prodüserə Təranə və Musa cütlüyünün fotosu da təqdim olunub. T.Səmədova onlar haqqında bunları söyləyib:

“Təranə xanım səhnədə qalsın, Musa getsin. Münasibətləri davam etsin. Amma duet ortağı kimi fikir bildirirəm. Bu mənim subyektiv fikrimdir”.

Qeyd edək ki, illər öncə Təranə Səmədova və Musa Musayev arasında efirdə münaqişə yaşanıb.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Prezidenti ölkəyə qaçqınların qəbulu limitini artırmamağı qərara alıb

SONRAKI XƏBƏR

"Əsgərlərimiz anamın və qızımın qisasını aldı" - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası Alxanlıdan reportaj - VİDEO - FOTO