"Miran" haqqında çıxan xəbərləri yalanladı

"Miran" haqqında çıxan xəbərləri yalanladı

“Hercai” serialında rol alan türkiyəli aktyor Akın Akınözü çəkiliş meydançasına gecikməsi və karavanı dağıtması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.Axşam.az xəbər verir ki, aktyor məlumatların doğru olmadığını deyib:

“Çəkilişdən öncə hazırlıq ərəfəsində işçilərdən birinin səbəb olduğu gecikmənin məndən qaynaqlı olduğu iddia edilib. Mənə təhqir edildi və həmin şəxs tərəfindən karavan dağıdıldı. Həmin işçidən şikayətçi olmuşam. Hazırda da çəkilişdəyəm bu səbəbdən açıqlamam gecikdi”.

Qeyd edək ki, hazırda serialın final bölümü lentə alınır. Aktyor ekran işində "Miran" obrazını canlandırır. Onun tərəf müqabili isə aktrisa Ebru Şahindir.

Mənbə: axsam.az