Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi

Dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun həyat yoldaşı Mariya Aytmatova koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Aytmatovun gəlini Sabirə Aytmatova sosial şəbəkədə yazıb. Yazıçının xanımı 79 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Qırğızıstan Prezidenti Sadır Japarov Mariya Aytmatovanın ölümü ilə əlaqədar yazıçının ailəsinə başsağlığı verib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif edib

SONRAKI XƏBƏR

Cavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu münasibətlərimizə xələl gətirər”