"Meqan Markl monarxı yıxa bilər"

"Meqan Markl monarxı yıxa bilər"

Şahzadə Harri ilə Meqan Markl cütlüyünün Opra Uinfriyə verdiyi reportaj haqqında müzakirələr hələ də davam edir. Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Böyük Britaniyalı siyasətçi Dayan Ebbotun sözlərinə görə, Marklın müsahibəsi zamanı söylədiklərindən sonra kral ailəsi və idarəetməsi heç vaxt əvvəlki kimi olmayacaq:

"Kraliça II Yelizaveta nə qədər ki, sağdır bu çəkişmələri Böyük Britaniya xalqı hiss etməyəcək. Lakin onun vəfatından sonra kraliyyət bir-birinə qarışacaq. Nəticədə dəbdəbəli saray həyatını itirən ailə üzvləri kiçik Skandinaviya krallığı kimi fəaliyyətini davam etdirəcək. Buna görə də "Meqan Markl monarxı yıxa bilər" desək yanılmarıq".

Qeyd edək ki, bir müddət əvvəl Şahzadə Harrinin qardaşı Uliyamın Böyük Britaniya taxt-tacına əyləşəcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin yazıçı Anna Pasternak, Meqanla həyat yoldaşının müsahibəsindən sonra bunun baş tutmayacağını bildirib.

Mənbə: axsam.az