Azərbaycanlı müğənnilərin Rusiyada toy davası - VİDEO

Azərbaycanlı müğənnilərin Rusiyada toy davası - VİDEO

Tanınmış müğənni Aygün Şükürova son günlər medianın gündəmində olan Rusiyaya ucuz qiymətə toya getdiyi deyilən həmkarlarından danışıb.

Redaktor.az xəbər verir ki, ARB-də yayımlanan "Xəbər-Ətər" proqramına qonaq qismində qatılan ifaçı, “müğənnilər göyərti qiymətinə toylara gedirlər” deyən həmkarı Sevinc və Sevil bacılarını qınayıb:

“Nə qədər məbləğdən söhbət gedir? Mən sizə deyim bu qiymət ucuzdur, yoxsa yox. Tutalım ki, getdin 15 toyu oxudun 1000 dollardan, az puldur?! Mənə verin, mən gedib oxuyacam o pula. 10 min dolları Azərbaycan manatına dəyişəndə görün nə qədər pul edir. Bəziləri var ki, onları toylara çağıran yoxdur, ona görə də çıxıb efirdə ağızlarına gələni danışırlar".

Aysel Hacıyeva / Redaktor.az

Mənbə: redaktor.az