Niyaməddin Musayevin səhhətində son durum: "Nəfəs alma düzəlir..."

Niyaməddin Musayevin səhhətində son durum: "Nəfəs alma düzəlir..."

 

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Niyaməddin Musayev səhhətindəki son durumdan danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında vəziyyətinin yaxşılaşdığını deyib: "Səhhətim yaxşılığa doğru gedir. Hələ ki, xəstəxanadayam. Nəfəs almağım düzəlir. Bir neçə gün xəstəxanada qalacam. Həkimlərimizə, dövlətimizə təşəkkür edirəm".

Qeyd edək ki, Niyaməddin Musayev koronavirusa yoluxub.

Mənbə: teleqraf.com