Ağadadaş Ağayev bu gün əməliyyat olunub

Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır.

"Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib" deyə, Hacı Nuran paylaşımında yazıb.

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Qaxda reyd keçirildi, qaydaları pozan 20 sürücü cərimələndi

SONRAKI XƏBƏR

Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürüb