Avstraliya “Eurovision 2021“də iştirak etməyəcək

Bu il Niderlandda keçiriləcək “Eurovision 2021“ müsabiqəsində Avstraliya iştirak edə bilməyəcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəni təmsil edən iştirakçı Montaigne pandemiya səbəbilə Rotterdama gələ bilməyəcək. Onun "Technicolor" adlı mahnısı və səhnə performansı tamaşaçılara video formasında təqdim ediləcək.

Dünyadakı mövcud epidemioloji vəziyyətlə əlaqədar qoyulan məhdudiyyətlər səbəbindən yalnız Avstraliya deyil, yarışmaya qatılacaq bir çox ölkələrin səhnə performansını bu formada təqdim etməsi gözlənilir. Lakin digər ölkələr hələ ki, bu haqda rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, bu il 65-ci dəfə təşkil ediləcək yarışma 18-dən 22-si maya qədər Rotterdam şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi Samirə Əfəndi isə mayın 18-də birinci yarımfinalda çıxış edəcək.

 

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda havada tozun miqdarı normadan yüksəkdir

SONRAKI XƏBƏR

Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi açıqlanıb