Vaxtanq Kikabidze maddi durumundan şikayətləndi

Məşhur sovet və gürcü aktyoru Vaxtanq Kikabidze maddi durumunun ağır olmasından şikayətlənib.

Kult.az xəbər verir ki, aktyor bunu pandemiyanın gətirdiyi çətinliklə əlaqələndirib.

O deyib ki, indi qazana bilmir, konsert təşkil etmək, qalstrola getmək imkanı da yoxdur.

Kikabidze artıq Rusiyada da konsert verə bilmədiyini deyib. Buna səbəb isə Rusiyanın Gürcüstana qarşı siyasətini kəskin tənqid etməsidir.

“Bir ildir işləmirik. Artistləri hər kəs unudub, sanki heç mövcud deyilik. Artistlər öz ölkələrinin simalarıdır. İldə bir dəfə çıxış edə bilmirik. Bu, dəhşətlidir”, - o qeyd edib.

Müəyyən layihələri və ssenariləri olduğunu bildirən Kikabidze pandemiya davam etdiyi müddətdə onları reallaşdırmağın mümkün olmadığını da vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Nigeriyalı Bakıda hoteldən qovularkən soyulduğunu deyir

SONRAKI XƏBƏR

Emina bu evi səfirə kirayəyə verdi - Foto