29 yaşlı qadından ŞOK ADDIM: Ərindən boşanıb QAYINATASINA GETDİ - FOTO

ABŞ-ın Harrodsberq şəhərinin 31 yaşlı sakini keçmiş ərinin 60 yaşlı atası ilə ailə qurub.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Belə ki, Erika Kviqql 19 yaşında olarkən məktəb yoldaşının 27 yaşlı qardaşı Castin ilə ailə qurub. İki il sonra onların oğlu dünyaya gəldikdən sonra münasibətləri korlanmağa başlayıb. Castin evdə oturub əlində olanlarla qane olan adam olub, Erika isə karyera qurmaq, səyahət etməyi arzulayıb, müxtəlif tədbirlərdə olub. Qayınatası Ceffin təşkil etdiyi avtomobil şoularında iştirak edib. Beləliklə, gəlin qayınatası ilə ortaq maraqlarının olduğunu görərək onu özünə yaxın bilib.

Bir müddət sonra Erika Ceffə ailəsindəki problemlərdən danışmağa başlayıb.

Nəhayət qadın boşanmaq qərrına gəlib və oğlunu götürərək ata evinə qayıdıb.

Lakin elə bu zaman o, qayınatasına qarşı hisslərinin olduğunu anlayıb. Bunun qarşılıqlı olduğunu öyrəndikdə Erika keçmiş əri ilə məsələni müakirə edib. Castin onların münasibətlərinə mane olmayacağını bildirib.

Boşanma prosesi bitdikdən sonra Erika və Ceff evləniblər. Onların Breksli adlı qız övladı dünyaya gəlib.

Qadın qeyd edir ki, onun Ceff ilə sevgi münasibətləri əri ilə boşanmaq qərarına gəldikdən sonra başlayıb və boşanmaya bu məsələ səbəb olmayıb.

Cütlük ailə quranda Erikanın 29, Ceffin isə 58 yaşı olub, lakin qadının sözlərinə görə, yaş fərqi onların münasibətlərinə mənfi təsir göstərmir. Erika Ceffin ağlına vurulduğunu deyir. Onun sözlərinə görə, Ceffin ruhu gəncdir, onun ruhu isə, əksinə, yaşlanıb və onlar aralarındakı sevgi və bağlılığı gizlədə bilməyiblər.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Emina bu evi səfirə kirayəyə verdi - Foto

SONRAKI XƏBƏR

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 79% artıb