Türkiyə ilə sərhəd bağlandığı üçün ev ala bilmədi

Türkiyə ilə sərhəd bağlandığı üçün ev ala bilmədi

Rusiyanın məşhur aktrisası, “Brilliant” qrupunun keçmiş solisti Anna Semenoviç İstanbulda mənzil ala bilməyib.

“Qafqazinfo” xəbər verir ki, razılaşma Türkiyə sərhədlərinin bağlanması səbəbindən ləğv edilib. Sənətçi bu barədə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib.

Semenoviç daşınmaz əmlak almaq barədə danışarkən “Türkiyədə alınacaqdı, amma sərhədlər bağlandı”,- deyə qeyd edib.

Türkiyədəki şirkət ona mümkün variantlarını təklif etməyə davam edir. Ancaq müğənni obyektləri araşdırarkən sərhədlərin açılmasını gözləyir.

Sənətçi söhbət əsnasında İstanbulda mənzil almaq istəməsinin səbəblərini də açıqlayıb:

“Bu şəhər çox xoşuma gəlir. Orada daşınmaz əmlak almaq yaxşı fikirdir, çünki mənzillər daim bahalaşır. Bu, yaxşı bir iş layihəsidir, bununla yanaşı valideynlərimi ora dincəlməyə də göndərə bilərəm”.

Müğənni şəhərin Bosfor boğazına baxan müasir hissəsindəki kiçik studiya mənzillərindən birini almaq niyyətindədir.

Mənbə: qafqazinfo.az