Məşhur serialın aktyorları koronavirusa yoluxdu: Yayımı dayandırıldı

Məşhur serialın aktyorları koronavirusa yoluxdu: Yayımı dayandırıldı

Türkiyədə yayımlanan "Sadakatsız” serialının aktyorları koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, iki aktyorun COVİD-19 testinin pozitiv çıxması nəticəsində çəkilişlərə fasilə verilib.

Haluk rolunu oynayan Burak Sergen ilə uşaq aktyor Alp Akarın koronavirus testinin pozitiv çıxmasının ardından çəkilişlər dayandırılıb.

"Sadakatsız" serialının bu həftə yenidən ekrana gəlib –gəlməyəcəyi tamaşaçıların marağına səbəb olub.

Serialın 27-ci bölümünün 21 aprel axşamı ekrana gəlməsi gözlənilirdi. Ancaq çəkiliş heyətində görülən koronavirusa yoluxma səbəbi ilə çəkilişlər dayandırılıb.
 

Mənbə: anews.az