"Rza Zərrab peşman oldu, Güneldən üzr istədi" - Seren Serengil

"Rza Zərrab peşman oldu, Güneldən üzr istədi" - Seren Serengil

Türkiyəli müğənni-aparıcı Seren Serengil iş adamı Rza Zərrab və Günel Zeynalovanın münasibəti haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Seren Serengil Rza Zərrabın Günel Zeynalovadan ayrıldıqdan sonra peşman olduğunu bildirib:

"Günel Zeynalova 8 il Rza Zərrabla sevgili olub. Onlar nişanlanmışdılar. Günel nişanlısını Ebru Gündəşlə tanış etdi. Tanışlıqdan sonra Ebru Gündəşin albomunda Rza Zərrabın mahnısı da yer aldı. Onların sevgili olması haqda dedi-qodular yayılmağa başlamışdı. Günel isə biri-birilərni sevdiklərini və Rzanın ona göndədiyi gülləri sosial şəbəkədə paylaşırdı. Onların münasibəti 2010-cu ildə bitdi. Rza Zərrab Ebru Gündəşlə evləndi.

Günel bu hadisədən sonra iki il boyunca ağladı. Hətta Rza Zərrab iki il sonra ona etdiyi əməldən peşman olub üzr də istəmişdi. İndi baş verənlərə baxanda Günelin başına gələn ən gözəl hərəkət bu ayrılıqdır. Hər halda öz halına şükür edir".

Seren Serengil müğənni Gülben Ergenlə eyni problem yaşadığını da etiraf edib.

Qeyd edək ki, Ebru Gündəş Rza Zərrabla 11 illik evliliyinə son qoyaraq xəyanət iddiası ilə məhkəməyə müraciət edib.

Mənbə: teleqraf.com