"TikTok" bloqeri Cici Hədidin sevgilisi Zeyn Malikin "əkizi"dir - FOTO-VİDEO

"TikTok" bloqeri Cici Hədidin sevgilisi Zeyn Malikin "əkizi"dir - FOTO-VİDEO

"itsalemomentcreative" ləqəbli "TikTok" istifadəçisi arxiv videosunu paylaşaraq özünün dəyişimini nümayiş etdirib.

BiG.AZ xəbər verir ki, izləyicilər onun yeni görünüşdə supermodel Cici Hədidin sevgilisi Zeyn Malikə çox oxşadığını bildiriblər.

Paylaşdığı videoda ilk öncə gəncin illər əvvəl Parisdə, Eyfel qülləsinin fonunda çəkdiyi kadrlar, daha sonra isə indiki halı yer alıb. Dəyişim inanılmazdır.

Tiktoker hazırda İtaliyada yaşayır, rəsmlə məşğul olur, müxtəlif çallenclərdə iştirak edir.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az