“Böyük Qayıdış” müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək

“Böyük Qayıdış” müsabiqəsinin sonuncu - pitçinq mərhələsi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti, pitçinq mərhələsi 27.04.2021 tarixində saat 10:00 – 15:00-də Azərbaycan Dövlət Film Fondunda keçiriləcək. SİA-nn məlumatına görə, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən aşağıdakı 26 layihə müsabiqənin Münsiflər heyəti tərəfində seçiləcək.

Bildiririk ki, müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr 30 aprel 2021-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakı kimidir:

Vaqif Mustafayev (sədr) - Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, ssenari müəllifi

Elçin Musaoğlu - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor

Yavər Rzayev - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi

İradə Bağırzadə - prodüser, ssenari müəllifi

Aygün Aslanlı - kino tənqidçisi

Teymur Hacıyev - kinorejissor, prodüser

Rüstəm Fətəliyev - “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri.

Mənbə: sia.az