Bülbülün Şuşadakı Ev Muzeyinin hansı qaydada bərpa ediləcəyi məlum olub

Bülbülün Şuşadakı Ev Muzeyinin hansı qaydada bərpa ediləcəyi məlum olub

Bülbülün Şuşadakı Ev Muzeyinin bərpa prosesi zamanı Bakıdakı Bülbülün Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - nazirlikdən bildirilib.

Mənbə: report.az