Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEO

Apreldə yatıb "YENİ İLDƏ" OYANDI - Belə zarafat edən olmamışdı - FOTO-VİDEO

Makkenzi Linn adlı "TikTok" istifadəçisi sevgilisi ilə qəddarcasına zarafat edib. Bu "zarafat"ı o, aprelin 1-də etməyi düşünüb, lakin həmin gün alınmadığından, planını gələn ilə saxlamamaq qərarına gəlib. Belə ki, aprelin 3-də yatan gənc yuxudan oyananda Milad hazırlıqlarını, şam ağacını gördükdə həyatının şokunu yaşayıb və həkimə getməyi düşünüb.

BiG.AZ xəbər verir ki, bu barədə qadın özünün ("kenzielynnsmith") "TikTok" səhifəsində etdiyi paylaşımda danışıb.

Sevgilisi yuxuda olarkən qadın evi bəzəyib və onun mobil telefonunda tarixi dəyişərək, dekabrın 25-nə qoyub.

Yuxudan ayılan sevgilisi şok vəziyyətinə düşüb və qadından onu həkimə aparmağı xahiş edib. Kadrlardan da göründüyü kimi, evdəki dostu həmin gənci Milad bayramıyla təbrik etdikdə, o, nə deyəcəyini bilmir.

Makkenzinin paylaşımı cəmi bir günə 20 milyondan çox izlənilib. Bəziləri onu kreativliyinə görə alqışlasalar da, aldadılan gəncə ürək yandıranlar da az olmayıb.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az