"Cənnətdə görüşmək qismətin olsun" - Nadir Qafarzadə Aslanın ölümündən yazdı

"Cənnətdə görüşmək qismətin olsun" - Nadir Qafarzadə Aslanın ölümündən yazdı

Xəbər verdiyimiz kimi az öncə müğənni Aslan Hüseynov ağır yol qəzasında dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, hər kəs kimi sənət yoldaşları da onun qəfil ölümündən kədərlənib. Nadir Qafarzadə Aslanın fotosunu paylaşaraq:

"Nə bilim vallah. Yəni, sözüm bitib, heç nə yaza bilmirəm. Allah, özün bilən məsləhətdir. Dünyanın ədalətinə bax, bir həftənin icində ana və oğul. Aslan, ananla cənnətdə görüşmək qismətin olsun. Amin" sözlərini yazıb.

Qeyd edək ki, bir həftə öncə Aslanın anası da dünyasını dəyişib.

 

 

 

 

 

Mənbə: big.az