Şakiradan Kolumbiya hakimiyyətinə çağırış

Şakiradan Kolumbiya hakimiyyətinə çağırış

Dünyaca məşhur müğənni Şakira Kolumbiya hökumətinə çağırış edərək etiraz aksiyalarında polis zorakılığının dayandırılmasını istəyib.

Axar.az xəbər verir ki, sənətçi bu barədə İnstaqram səhifəsində yazıb.

“Ölkəmin hakimiyyətindən xahiş edirəm ki, təcili tədbirlər görsün və insan haqlarının pozulması hallarını dayandırsın. İnsan həyatı istənilən siyasi maraqlardan üstündür”, - deyə Şakira bildirib.

Qeyd edək ki, Kolumbiyada bir neçə gündür vergilərin artırılmasına qarşı ümummilli etirazlar keçirilir. Etirazlarda xeyli sayda ölən, yaralanan və itkin düşən var.

Mənbə: axar.az