Tanınmışlardan Aslan Hüseynovun ölümü ilə bağlı ürəkdağlayan sözlər

Tanınmışlardan Aslan Hüseynovun ölümü ilə bağlı ürəkdağlayan sözlər

Ötən gün avtomobil qəzasına düşən müğənni Aslan Hüseynovun ölümü, yaxınları və əzizləri qədər, sənət aləmini də sarsıdıb. Bir çox məşhurlar Aslanla bağlı paylaşımlar edib.

BAKU.WS xəbər verir ki, “Bizimləsən” proqramına telefonla bağlanan müğənni Niyam Səlami də mərhum sənətçidən danışıb. O bildirib ki, Aslanla sonuncu dəfə qəzaya düşməzdən 1 gün əvvəl əlaqə saxlayıb. Bu zaman Aslan Niyama həmin gecə gördüyü yuxusunu danışıb:

“Bilirsiniz ən çox nəyə pis olmuşam? Axşam Aslanla danışanda mənə dedi ki “Anam mənə imkan vermirdi Rusiyaya gedim ki, heç olmasa çörək pulu qazanım”.

Aslan Niyama anasının narahatlığını başa düşmədiyini və bu günə qədər onun üçün əlindən gələni etdiyini bildirib:

“Anam dedi ki, gələndə məni görməyəcəkəsən. Niyə belə dedi bilmirəm. Onun istədiyi hər şeyi, müalicəsinə qədər etdirdim. Dedim ki ana, uşaq deyiləm axı! Sən mənə niyə belə sözlər deyirsən?”.

BAKU.WS

Mənbə: baku.ws