Məşhur britaniyalı rəssamın əsərini kriptovalyuta ilə almaq mümkün olacaq

Britaniyalı məşhur rəssam Benksinin (Banksy) “Love is in the Air” (Havadan Sevgi Qoxusu Gəlir) adlı rəsm əsəri Nyu-Yorkdakı “Sotheby's” hərracda satışa çıxarılacaq.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu sənət əsərini ilk dəfə olaraq kriptovalyuta ilə satın almaq mümkün olacaq.

Təşkilatçıların bildirdiyinə görə, Benksinin rəsm əsərinin təxmini dəyəri 3 ilə 5 milyon dollar arasında dəyişir. Mayın 12-də keçiriləcək hərracda ən yüksək təklifi etməyi bacaran şəxs “Bitcoin” və ya “Ethereum” kriptovayutası ilə ödəniş edə biləcək. Lakin, qiymət təklifləri yenə də dollar ekvivalentində edilməlidir.

Qeyd edək ki, Benksinin hərraca çıxarılan 90x90 sm ölçülü rəsm əsərində gül dəstəsini atan nümayişçi təsvir edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Xocalı qatili olan erməni generalın ayaqları çürüyüb

SONRAKI XƏBƏR

Rusiya bankları əmənatlər üzrə faiz dərəcələrini artırır