Rafet El Romanın qızı CeyLo kimi olmaq istəyir

Rafet El Romanın qızı CeyLo kimi olmaq istəyir

Türkiyəli məşhur müğənni Rafet El Romanın böyük qızı Su El Roman iddialı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 23 yaşlı gənc ifaçı karyerası ilə bağlı hədəflərini açıqlayıb. "Yaxşı bir təklif gələrsə, aktrisalıq etmək istəyərəm. Hələ ki, peşəkar şəkildə kamera qarşısında olmasam da, Cennifer Lopez kimi həm müğənni, həm də aktrisa olmaq arzusundayam".

Su El Roman bundan başqa hazırda 3 türk və 3 ingilis dilində mahnılarının hazır olduğunu və onlara klip çəkdirəcəyini də söyləyib.

 

Mənbə: news.milli.az