Gülməkdən öldürən, ölməklə ağladan - VİDEO

Gülməkdən öldürən, ölməklə ağladan - VİDEO

Koronavirus infeksiyası daha bir incəsənət adamının, incəsənət peşəkarının həyatına son qoydu.

Xalq artisti, gülüş ustadı, hər şeydən öncə isə əsl vətəndaş olan, gecə saatlarında vəfat edən Arif Quliyev evinin önündə ailəsi, dostları, qohumları və məsləkdaşları ilə sağollaşaraq son mənzilə yola salındı.

Arif Quliyev 1950-ci ildə Şirvanda doğulub. İnternat evində böyüyüb. 70 yaşlı Arif Quliyev əgər yaşasaydı 8 gündən sonra yəni mayın 16 da 71 yaşını qeyd edəcəkdi.

Xalq artisti Arif Quliyev Qaradağ rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn olundu.

Allah rəhmət eləsin...

Mənbə: www.realtv.az