"Pandemiya nə olan şeydir, heç hiss etmədim"

"Pandemiya nə olan şeydir, heç hiss etmədim"

"Pandemiya nə olan şeydir heç hiss etmədim: nə maddi, nə mənəvi. Yaxşı dostlarım var, sıxıntı yaşamağa qoymadılar. İl yarımdır bağa köçmüşəm, orada da maraqlı günlər yaşadım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Səhər mərkəzi" proqramında deyib. Musiqiçi sənət adamlarının pandemiyada yaşadığı çətinliklərdən bəhs edib:

"Bütün sahələrə təsir etdi. Amma ən çox musiqiçilər ziyan çəkdi. Onların nə əziyyət çəkdiyini, hansı problemlərlə üzləşdiklərini gördüm. Çox musiqiçi sənətdən ayrılıb, başqa işlə məşğul oldu. Adamın buna heyfi gəlir".

Mənbə: news.milli.az