"Camdakı kız"dakı geyimlər şahzadə Dianadan götürülüb - FOTO

"Camdakı kız"dakı geyimlər şahzadə Dianadan götürülüb - FOTO

Türkiyənin “Kanal D” telekanalının reytinqli serialı “Camdakı kız” ilə bağlı maraqlı məlumatlar meydana çıxıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın baş qəhrəmanı olan Nalan obrazının geyimləri Böyük Britaniya kraliyyət ailəsindən ilhamlanıb. Sosial şəbəkələrdə Nalan xarakterinin geyimləri, hərəkətləri şahzadə Dianaya çox bənzədilib.

Layihənin stilisti Aslı Naibi Sarı izləyicilərin təxminlərinin qismən doğru olduğunu təsdiqləyib. Belə ki, ekran işində əsas obraz şəhzadə kimi böyüdüldüyü üçün kraliyyət ailəsinin geyimlərinə bənzər libaslar hazırladıqlarını açıqlayıb:

“Bizim nağılımızın şahzadəsi də Nalandır və buna görə də, ona uyğun seçimlər etdik. Bu mövzuda rejissorumuz və ssenaristimizlə eyni fikirdəydik. Bu səbəbdən Nalanın Sedat ilə yemək yediyi ilk səhnədəki geyimini, şəhzadə Diananın Kanadaya səyahət edərkən əynində olan libasa bənzətdik. Onun sırğalarını isə indiki dövrə uyğunlaşdırdıq. Həmin səhnə üçün bunun doğru bir seçim olduğunu düşündük.

Nişan səhnəsi üçün isə Kembric Hersoginyası Ketrinin libasından tikdirdik. Həmçinin Nalanın Ketrin kimi at minməsi də serialda göstərilir".

Qeyd edək ki, Nalan obrazını aktrisa Burcu Biricik canlandırır.

Mənbə: redaktor.az