Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? - VİDEO

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? - VİDEO

"Elə şirin sözlər deyirlər ki, adama… Fikirəşirsən ki, bu insan həqiqətən dəyişə bilər. Təəssüf ki, belə olmur. Mən bunu çox gözəl bilirəm".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “Elgizlə izlə” verilişində qonaq olarkən deyib.

Qadına qarşı zorakılığı tənqid edən aktrisa, yaşadığı həyat boyunca özü də bu hadisələrin dəfələrlə şahidi olduğunu etiraf edib:

“Ömrümün yarısını artıq yaşamışam. Çox belə dillər tökülüb. Bağışlasan da, yenə də etdiyindən artığını edir. Kişi qadını gül kimi əzizləyər, xoş sözü, əməli, hərəkəti ilə...

Lakin döyür, söyür, təhqir edir, sonra gəlib deyir ki, qulun olaram məni bağışla. Səni ovucumun içində saxlayaram. Son zamanlarda baş verən qətl hdisələrini görürəm, dəhşətə gəlirəm".

Mənbə: baku.ws