Meyxanaçı Ağakərimin səhhətindən XƏBƏR VAR: "Ümid..."

Bir müddət öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) vəziyyətinin yaxşı olmadığı söylənilir. "Baku"TV söz ustadının evinə yollanıb, lakin həmkarlarımıza qapı açan olmayıb. Məlum olub ki, ailəsi Ağakərimin yanına nəinki jurnalistləri, hətta kimsəni buraxmır. Onu yalnız həmkarı Ağamirzə Məmmədov ziyarət edə bilir.

"Sherg.az" xəbər verir ki, meyxanaçı Samirə Yusifqızı dostunu illər əvvəl xəstəxanada gördüyünü söyləyib:

"Kərimin xəstəxanadan ilk görüntülərini də mən çəkib paylaşdım. Ona görə çox başım ağrıdı. Dedilər, sən ailədən bir adam idin, gərək belə etməzdin. Amma o dönəm öldüyü ilə bağlı xəbərlər və sair yayılırdı. Mən də həm bunlara son qoymaq, həm də onun sevənləri üçün paylaşdım. Bildiyim qədərilə hazırda Kərimin ailəsinin maddi durumu yaxşı deyil. Çünki böyük ailə idi və hər zaman Kərimin qazancı ilə dolanırdılar. Yəqin ki, indi Kərim çalışmırsa, durumları yaxşı olmaz".

Ağakərimi tez-tez ziyarət edən Ağamirzə Məmmədov isə meyxanaçının səhhətindən danışıb:

"O indi nə küsməli, nə də barışmalı haldadır. Kərim tamam başqa aləmdədir. İndi həkimlərin də əllərindən çox iş gəlmir. Müalicəsi davam edir. Ad günündə getmişdim. Çox vaxt yatır. Onunla söhbət etmək mümkün deyil. Nə isə demək istəyir, yadından çıxır. Çox sualı cavablandırmır. Ümid Allaha qalıb. Sağ olsunlar, Heydər Əliyev Fondu nə vaxt lazım olsa, yardım göstərir".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Şuşadakı 1992-nin və 2020-nin əsgəri - Foto

SONRAKI XƏBƏR

Mediaya ÇAĞIRIŞ:“Düşmənin yaydığı xəbərlərdə diqqətli olaq”