Məşhur müğənniyə AĞIR İTKİ - FOTO

Məşhur müğənniyə AĞIR İTKİ -  FOTO

Britaniyalı məşhur müğənni Adelə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, sənətçinin atası Mark Evans 57 yaşında vəfat edib. Onun ölümünə səbəb uzun müddətdir əziyyət çəkdiyi bağırsaq xərçəngi olub.

Qeyd edək ki, M.Evans müğənni qızını 3 yaşı olarkən tərk edib və o vaxtdan Adellə əlaqə saxlamayıb. Atası və qızı münasibət saxlamasa da, sənətçi onun ölümünə çox kədərlənib./Axşam.az

 

 

Mənbə: metbuat.az