Özcanla Feyza arasındakı qalmaqal bitmək bilmir

Özcanla Feyza arasındakı qalmaqal bitmək bilmir

Aktyor-müğənni Özcan Dənizlə keçmiş arvadı Feyza Aktan arasında qalmaqal bitmir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Aktanın yaxın dostları ilə telefon danışığı ortaya çıxıb. Səsyazısında söyüşlər söyən Feyza açıklama yayıb:

"Oğlumla atasını gözləyərkən qapıda onun başını qatmaq üçün dediyim sözlərdir. Həmin görüntüdə atasının gəlib oğlumu götürdüyü var. Yaşadığım məkanın dörd bir yanına kameralar yerləşdirib. Orada ən pis məqamları yayır. Onun pis ana obrazı yaratmasına öyrəşmişəm. Yenə görüş günündən əlavə oğlunu görməyə imkan verdiyim anın bədəlini ödədim. Oğlumun yuxu sistemi var. Günortadan sonra gec yatarsa, gecə yaxşı yata bilmir. Bu halda onun diqqətini dağıtmağa çalışıram. Yorğunam, çatdıra bilmirəm. Pul, güc, media qarşısında gücsüz qalmışam".

Mənbə: news.milli.az