Britni Spirs fərqli imici ilə pərəstişkarlarını heyran qoydu - FOTO

Tanınmış pop ifaçısı Britni Spirs dar geyimdə və fərqli saç rəngi ilə pərəstişkarlarını təəccübləndirib.

O, yeni imici ilə bağlı fotoları özünün “Instagram” hesabında paylaşıb.

Fotoda saçlarını açıq çəhrayı rəngləyən 39 yaşlı ifaçı əvvəlcə yaşıl, sonra isə bəbir naxışlı dar kombinezonda əks olunub.

Özünü vəhşi pişiyə bənzədən Spirs “…Xanımlar və cənablar ehtiyatlı olun”, - deyə görüntüyə şərh yazıb.

Pərəstişkarları musiqiçinin geyimini və saç rəngini yüksək qiymətləndiriblər. Paylaşım az müddətdə 770 mindən artıq bəyənilib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən bahalı futbolçuları - SİYAHI

SONRAKI XƏBƏR

Tvitterdə yenə nasazlıqlar yarandı