“Xarıbülbül” dünyaya sülh mesajıdır - VİDEO

“Xaribülbül” festivalının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir.

1989-cu il mayın 21-də Şuşanın əsrarəngiz Cıdır düzündə qeyd olunan festival 32 ildən sonra işğaldan azad olunan Qarabağda – Şuşada Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdi. “Xarıbülbül” festivalı həm də dünyaya bir mesajdır. Bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın əbədi və əzli torpaqlarıdır. Bu yurdun sahibləri artıq geri dönüb.

Bu festival həm də dünyaya sülh mesajidır. Dünya folkulorunun da festivalda çıxışı mədəni musiqinin təbliği və birliyin-bərabərliyin rəmzi hesab olunur.

Heydər Əliyev Fonsunun təşəbbüsü ilə Şuşada Çıdır düzündə mədəni musiqi ziyafətinin verilməsi və birinci xanım Mehriban Əliyevanın festivalı izləməsi eyni zamanda Anna Akopyana mədəni dərs oldu. Gah Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağda muğam dinləməyə dəvət edən, gah da əlinə silah götürüb məntiqsiz mesajlar verən Akopyan bununla şou yaratmaqdan başqa heç nəyə nail ola bilmədi. Savadı olsaydı, ayaqlarını basdığı o torpaqların başqasına məxsusu olduğunu bilərdi. Bir yandan da karyerasını şişirdilmiş şou-xəbərlər yazmaqla keçirən Anna Akopyandan bnunda artığını da gözləmək doğru olmaz. Qısası, Cıdır düzündə yallı gedən Paşinyanın da onun Annasının da arzuları ürəklərində qaldı.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Alkoqol insan beynini qurudur

SONRAKI XƏBƏR

"İlkaya görə Türkiyəyə getmək istəyərdim" - Qvardiola