Onilliyin ən yaxşı musiqiçisi

Onilliyin ən yaxşı musiqiçisi

Repçi Dreyk reytinq cədvəlində ümumilikdə 50 həftədən artıq birinci yerdə olmuş yeganə solo ifaçısıdır.

 Kanadalı repçi Dreyk (Obri Dreyk Qrem) Billboard məcmuəsinin reytinqinə görə 2010-cu illərin ən yaxşı artisti seçilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adı çəkilən musiqiçi mütləq rekorda imza atıb. Belə ki, repçi artıq 27 dəfə Billboard Music Awards mükafatına layiq görülüb. Onun ən yaxın rəqibi, digər repçi Kanye Uestin hesabında isə cəmi beş mükafat var.

Məlumatda deyilir ki, Dreykin buraxdığı disklər Billboard-un reytinq cədvəlində hələ 2010-cu ildə işıq üzü görmüş "Thank Me Later" albomundan başlayaraq yüksək yerlər tutmağa başlayıb. Bundan əlavə, repçi reytinq cədvəlində ümumilikdə 50 həftədən artıq birinci yerdə olmuş yeganə solo ifaçısıdır.

Xatırladaq ki, Dreyk həmçinin ifaları Spotify servisində 50 milyard dəfə dinlənilən ilk musiqiçi olub.

Mənbə: sputnik.az