Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı - FOTO

2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra Ancelina Coli heç kimlə sevgili olmayıb.

“E! News”un məlumatına görə, bu barədə Hollivud ulduzunun özü etiraf edib.

Qeyd edək ki, beş il ərzində paparazi Colini bir dəfə də olsun heç kimlə görməyib. 45 yaşlı ulduz da bu müddət ərzində romantik əlaqələrinin olmadığını təsdiqləyib. O, bunu əks cinsə qarşı həddindən artıq tələbkarlığı ilə əlaqələndirib.

“Mənim müxtəlif “yox”larla uzun bir siyahım var. Yəqin ki, buna görə uzun müddətdir ki, təkəm”, - deyə aktrisa bildirib.

Coli əlavə edib ki, hazırda vaxtının çoxunu altı uşağına həsr edir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Salyanda avtomobil 68 yaşlı kişini vurub

SONRAKI XƏBƏR

Qəzza bölgəsindən İsrailə azı 1 750 raket atılıb