Bu əsər 103 milyon dollara satılıb

Bu əsər 103 milyon dollara satılıb

20-ci əsrin ən məşhur adlarından biri olan ispaniyalı rəssam Pablo Pikassonun "Pəncərədə oturan qadın (Marie-Therese)" əsəri hərracda 103 milyon dollara satılıb.

"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, əsər ABŞ-ın Nyu-York şəhərində "Christie" muzey evi tərəfindən satışa çıxarılıb.

Muzeydən verilən məlumata görə, Pikasso sözügedən əsərini gəncliyindən ilhamlanaraq 1932-ci ildə çəkib.

Mənbə: sherg.az