“Eurovision-2021” təmsilçimizə əməkdar artistdən DƏSTƏK – VİDEO

Xəbər verildiyi kimi Azərbaycanı “Eurovision-2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.

Bizim.Media xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva “Səs Azərbaycan” layihəsinin yetirməsi olan Samirə Əfəndiyə “Eurovision”dakı iştirakına görə dəstək verib:

“İnanıram ki, Samirə ona dəstək verdiyim zamanlarda necə özünü doğruldubsa, eləcə də “Eurovision-2021”-də ölkəmizi layiqincə təmsil edəcək və Azərbaycanı sevindirəcək. Bir daha buradan dünya azərbaycanlılarına səslənirəm. Gəlin hamımız Samirəyə dəstək olaq! Biz artıq böyük qələbəmizi qazanmışıq. İndi çalışaq ki, beynəlxalq yarışmada növbəti uğurumuzu əldə edək”,- deyə Tünzalə Ağayeva bildirib.

Xatırladaq ki, bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

Müsabiqədə ölkəmizi təmsil edəcək müğənni Samirə Əfəndi çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib. Rüfət İsmayıl Beyonce və Cenifer Lopez kimi ulduzlarla əməkdaşlıq edib.

Alçina Amilqızı, Bizim.Media

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

44 günlük Zəfər müharibəsinin qəhrəmanları ilə görüş oldu (FOTOLAR)

SONRAKI XƏBƏR

İtaliya klubu irqçiliyə görə oyuna xüsusi formalarla çıxacaq