"Bu şəklim senzuraya məruz qalıb" - Vanda Nara

"Bu şəklim senzuraya məruz qalıb" - Vanda Nara

PSJ-nin argentinalı ulduzu Mauro İkardinin xanımı və meneceri Vanda Nara yeni foto paylaşaraq izləyicilərinə, ələxsus qadınlara müraciət edib.

O, paylaşdığı açıq-saçıq şəkilləri tənqid edən xanım izləyicilərinə səslənərək, burada qeyri-adi bir şeyin olmadığını və onun fikirlərinə hörmət etməyə çağırıb.

"Bu şəklim senzuraya məruz qalıb. İndi 1810-cu yox, 2021-ci ildəyik. Bikinili fotolarda qeyri-adi heç nə yoxdur. Xüsusən xanım izləyicilərə səslənirəm. Mənfi rəylər yazırsınız.Gəlin bir-birimizə hörmət edək ki, bizə hörmət etsinlər".

Mənbə: news.milli.az