Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri Portuqaliyada sərgilənəcək

Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri Portuqaliyada sərgilənəcək

Mayın 15-dən iyulun 11-dək Portuqaliyanın “CAE” mədəniyyət mərkəzində 124 rəssamın iştirakı ilə “Surrealizm Now” qrupunun 11 illik fəaliyyəti ilə əlaqədar beynəlxalq sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi təmsil edəcək.

52 ölkədən 124 rəssamın qatılacağı sərgidə Mehriban Əfəndinin “Mirriad” və “İmpressiya” əsərləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Surrealism Now” qrupu Portuqaliyanın məşhur surrealist rəssamı Santiago Ribeiro rəhbərliyi ilə “Bissaya Barretto” Fondu tərəfindən 2010-cu ildə yaradılıb. Qrup bu günədək dünyanın bir çox yerlərində surrealizm cərəyanının ən öndə gedən rəssamlarının seçilmiş əsərlərini nümayiş etdirir və hər bir rəssam öz ölkəsinin incəsənətini təmsil edir.

Portuqaliyada yerləşən “CAE” mərkəzi 2002-ci ildə yaradılıb və əsasən Avropa fondunun layihələri üçün fəaliyyət göstərir.

Mənbə: azertag.az