Sibel Canla istirahətdə olan vaxt aparıcıya evlilik təklifi edib - FOTO

İş adamı Emir Sarıgülün müğənni Sibel Canla yaxtada istirahət etməsinin görüntüləri dünəndən gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Emirin tətildə olan ərəfədə 4 gün dayanmadan aparıcı Buket Aydına çiçəklər göndərdiyi ortaya çıxıb. O, hər gül dəstəsinin üstünə isə evlilik təklifi yazıb.

Sarıgül Sibel Canla İstanbula qayıdan kimi özəl helikopterlə hazırda Bodrumda olan Buketin yanına gedib. O, Aydını evlənmək üçün yola gətirməyə çalışıb. Aparıcı isə "yox" cavabı verərək, onu geri göndərib.

Həmin ərəfədə Bodrumda oteldə olan Saba Tümer və Mert Vidinli cütlüyü bir araya gətirməyə çalışıblar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Sərhəddəki vəziyyətə görə Fransanın XİN rəhbəri Ceyhun Bayramova zəng etdi

SONRAKI XƏBƏR

Azərbaycanlılarla svanlar arasında kütləvi dava - VİDEO